"Məntiqlə, Çempionlar Liqasının qalibi olmalıyıq"

"Məntiqlə, Çempionlar Liqasının qalibi olmalıyıq"
"Atletiko"nun prezidenti Enrike Sereso Çempionlar Liqasının 1/4 finalında "Layptsiq"ə qarşı keçirəcəkləri oyundan danışıb.
Fanat.Az xəbər verir ki, Madrid klubunun başqanı "Marca"ya (Marka) açıqlamasında 13 avqustda Lissabonda reallaşacaq görüş haqda belə deyib:
"Layptsiq" də "Liverpul" kimi çox yaxşı komandadı. Amma "Liverpul"un, "Çelsi"nin, "Barselona"nın aqibətinin necə olduğunu görmüşük. Hər birini mübarizədən kənarlaşdırmağı bacarmışıq. "Layptsiq" bütün hallarda, "Barselona" və ya "Real" deyil. Bununla belə, arxayınlaşmamalıyıq. Yarımfinala çıxmaq şansımız çoxdu. Düzdü, futbolda hər şey kənardan göründüyü qədər sadə deyil. Ancaq bu turnirin qaliblərini yenə biliriksə, məntiqlə, çempion olmalıyıq".
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər