Məhəmməd "Neftçi"yə qarşı oynamayacaq

Məhəmməd "Neftçi"yə qarşı oynamayacaq
"Sumqayıt" ciddi itki ilə üzləşib. Fanat.az xəbər verir ki, baş məşqçi Aqil Məmmədov Məhəmməd Mirzəbəyovun xidmətindən məhrum olub.
Belə ki, futbolçu cəzalı duruma düşüb. XXII turun "Simurq"la matçının start heyətində yer alan futbolçu 7-ci dəqiqədə qeyri-idman hərəkətinə görə cəzalanaraq vərəqə limitini doldurub. Bu səbəbdən Məhəmməd XXIII turun "Neftçi" ilə matçını buraxacaq.
Qeyd edək ki, müdafiəçi X turun "Qarabağ", XIV turun "Simurq" və XV turun "Neftçi" ilə oyunlarında qeyri-idman hərəkətinə görə sarı vərəqə almışdı.
Onu da qeyd edək ki, "Simurq"la oyunda qırmızı vərəqə alan Vurğun Hüseynov da "Neftçi" matçını buraxacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər