Maykl Essyen: "Onlar Bakının harada olduğunu da bilmədi"

Maykl Essyen: "Onlar Bakının harada olduğunu da bilmədi"
"Səbail”in futbolçusu Maykl Essyen Rusiyanın "Match TV” kanalına açıqlama verib.
Fanat.Az xəbər verir ki, qanalı yarımmüdafiəçi Azərbaycanla bağlı təəssüratlarını bölüşüb.
Essyen ölkəmiz barədə müsbət fikirlər səsləndirib: "Dostlarımla Bakı haqqında danışanda bu şəhərin harada olduğunu da bilmədilər. Ancaq heç kim məni Azərbaycan çempionatına getmək fikrindən daşındırmadı. Qohumlarım buranı yanımda olduqları zaman çox xoşlayırlar. Bakıda ümumiyyətlə, tıxac yoxdu. Bir neçə il İndoneziyada oynadım, orada nəqliyyatın vəziyyəti 20 qat pisdi. Azərbaycan mətbəxi çox dadlıdır, amma yüksək kalorilidi".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər