Marko Rossi: "Azərbaycanla görüşə hazırlaşmaq çətin olacaq"

Marko Rossi: "Azərbaycanla görüşə hazırlaşmaq çətin olacaq"

"Macarıstandan bizi dəstəkləməyə gələn azarkeşlərimizdən üzr istəyirəm. Komandamız batan gəmiyə bənzəyirdi. Amma mən kapitanam. Rəqibin bizdən güclü olduğunu bilirdik. Amma belə yenilm'li deyildik". Fanat.Az xəbər verir ki, bu sözləri Macarıstan millisinin baş məşqçisi Marko Rossi Avro-2020-nin seçmə mərhələsində səfərdə Xorvatiyaya 0:3 hesablı məğlubiyyətdən sonra mətbuat konfransında deyib. Adi epizodlarda səhvə yol verdiklərini bildirən italiyalı mütəxəssis millimizlə qarşıdan gələn oyun haqda da danışb:

"Bugünkü məğlubiyyətdə hər kəsin günahı var. Dörd-beş inanılmaz fərdi səhvə yol verdik. Qələbə qazanmaq istəyiriksə, qarşıdakı oyuna tam fərqli yanaşmalıyıq. Azərbaycanla bazar günü keçiriləcək görüşə hazırlaşmaq çətin olacaq. Ancaq komandam toparlanmağı bacarmalıdı. Qeyd edək ki, oktyabrın 13-də keçiriləcək Macarıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər