Mareska "Barselona" üzərində qələbədən sonra futbolçulara nə deyib?

Mareska "Barselona" üzərində qələbədən sonra futbolçulara nə deyib?

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda öz meydanında "Barselona"nı darmadağın edən "Çelsi"nin baş məşqçisi Entso Mareska Kataloniya təmsilçisi üzərində qələbənin ardından paltardəyişmə otağında futbolçulara nə dediyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Sky Sports" belə çatdırıb:

"Oyundan sonra uşaqlara bərpa olunmağın vacibliyini söylədim. İndi ən önəmli məsələ budur. Cümə günündən "Arsenal"la oyuna köklənməli, ritmi qorumalıyıq. Qələbələrdən sonra bərpa olunmaq daha asandır".

Xatırladaq ki, "Çelsi" ÇL-in 4-cü turunda Bakıda "Qarabağ"la 2:2 hesablı bərabərliyə razılaşıb.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər