Fatih Terimin "Qalatasaray"dan ayrılmasından sonra klub yeni baş məşqçi axtarışını davam etdirir. Fanat.az xəbər verir ki, "sarı-qırmızılı" klub artıq İngiltərədə Roberto Mançini ilə görüşüb.
Lakin italyan mütəxəssisin İstanbuldan təmsilçisindən istədiyi məbləğ rəhbərliyin ürəyincə olmayıb. Belə ki, Mançini onunla görüşən Bülent Tulundan 7 milyon avro istəyib. 2 milyon avro isə öz heyətinə tələb edib. Ümumilikdə 9 milyon avro tələb edən Mançini bu məbləğin 3.5 milyon avrosunu nəğd tələb edir.