"Qalatasaray"ın baş məşqçisi Roberto Mançini və prezident Ünal Aysal arasında görüş baş tutub. Fanat.az xəbər verir ki, "Les Ottomans Hotel"də baş tutan görüş 3 saat davam edib.
İtalyan mütəxəssisin taleyinə aydınlıq gətirən toplantı "Qalatasaray"ın hazırkı baş məşqçisi ilə yoluna davam etməsi ilə nəticələnib. Belə ki, Mançini Aysalın şərtlərini qəbul edərək, "qalıram" deyib.
Fanat.az