“Mançester Yunayted" son dəqiqə qolları ilə yıxıldı, “Liverpul”dan inamlı qələbə

“Mançester Yunayted" son dəqiqə qolları ilə yıxıldı, “Liverpul”dan inamlı qələbə

İngiltərə Premyer Liqasında 31-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə 2 oyun baş tutub.

“Liverpul” doğma meydanda “Şeffild Yunayted” üzərində inamlı qələbəyə sevinib.

“Çelsi” isə “Mançester Yunayted”i qəbul edib. 7 qolluq bu dramatik matçın yekununda londonlular qələbə qazanıblar.

Hazırda 70 xala malik “Liverpul” vahid liderdir. “Arsenal” 68 xalla ikinci, “Mançester Siti” 67 xalla üçünçü pillədə qərarlaşıb. “Aston Villa” 59, “Tottenhem” 57, “Mançester Yunayted” 48, “Vest Hem” 45, “Nyukasl” 44, “Brayton” və “Çelsi” 40 xal toplayıblar.

İngiltərə Premyer Liqası 31-ci tur 2 aprel

Nyukasl – Everton 1:1 Qollar: A.İsak, 15 – Kalvert-Levin, 88.

Nottingem Forest – Fulhem 3:1 Qollar: Hadson-Odoi, 9. Vud, 19. Gibbs-Uayt, 45+3 – Adarabioyo, 49.

Bornmut – Kristal Pelas 1:0 Qol: Kluyvert, 79.

Börnli – Vulverhempton 1:1 Qollar: Larsen, 37 – Ait-Nuri, 45+3.

Vest Hem – Tottenhem 1:1 Qollar: Zuma, 19 – B.Conson, 5.

3 aprel

Arsenal – Luton Taun 2:0 Qollar: Edeqor, 24. Haşioka, 44-öz qapısına.

Brentford – Brayton 0:0

Mançester Siti – Aston Villa 4:1 Qollar: Rodri, 11. Foden, 45+1; 62; 69 – Duran, 20.

4 aprel

Liverpul – Şeffild Yunayted 3:1 Qollar: Nunyes, 17. Makallister, 76. Qakpo, 90 – Bredli, 58-öz qapısına.

Çelsi – Mançester Yunayted 4:3 Qollar: Qallaxer, 4. Palmer, 19-pen; 90+10; 90+11 – Qarnaço, 34; 67. B.Fernandes, 39.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər