Maksimov Bakıdan narazıdı: "Vəziyyət çox da yaxşı deyil"

Maksimov Bakıdan narazıdı: "Vəziyyət çox da yaxşı deyil"
"Keşlə"nin baza və stadionu bir yerdədi (gülür). Futbol meydançamız süni örtüklüdü. Orda həm məşq edir, həm də oyun keçiririk".
Fanat.Az xəbər verir ki, bu sözləri Ukraynanın ua-football.com saytına müsahibə verən "Keşlə”nin baş məşqçisi Yusi Maksimov deyib.
O, klubun infrastrukturundan narazı olduğunu bildirib: "Vəziyyət çox da yaxşı deyil. Belə meydanda futbolçular tez-tez zədələnirlər. Premyer Liqada 8 komanda var ki, onlardan 4-ü süni, 4-ü isə təbii örtüklü meydanda oynayır. Bu, isti iqlimli ölkə üçün mənfi haldı. Ancaq çempionat çox maraqlıdı. Asan oyun yoxdu - ən vacib məqam da budu. 8 klub 4 dövrəli sistemlə çıxış edir və çempionatda istənilən komanda sürpriz edə bilir".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər