Makedoniya millisinin üzvü Bakı klubunda

Makedoniya millisinin üzvü Bakı klubunda

"Zirə” daha bir legionerlə müqaviləyə hazırlaşır.

 

Fanat.Az-a verilən məlumata görə "qartallar” makedoniyalı Yari Urdinovu rənglərinə bağlayacaq. Futbolçu hazırda Bakıdadı. O, sabah tibbi müayinədən keçərək müddəti mövsümün sonuna qədər olan müqaviləyə qol çəkəcək.

 

 

Daha öncə "Roda” (Hollandiya) və "Vidzev”də (Polşa) legioner həyatı yaşamağa imkan tapan 27 yaşlı müdafiəçi ölkəsində "Rabotniçki”də, "Şkendiya”da top qovub. Onun son iş yeri isə Çexiya "Bogemians”ı olub.

 

 

Urdinovun aşağı yaş qrupları üzrə yığmalarla yanaşı, Makedoniyanın U-21-də 22, əsas millisində də 5 oyun keçirdiyini vurğulayaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər