Macar futbolçu: "Azərbaycan yığmasını mütləq yenməliyik"

Macar futbolçu: "Azərbaycan yığmasını mütləq yenməliyik"

"Yaxşı planlarımız var idi. Təəssüf ki, bir neçə axmaq səhvə yol verdik". Fanat.Az xəbər verir ki, bu sözləri Macarıstan yığmasının müdafiəçisi Villi Orban Avro-2020-nin seçmə mərhələsində Xorvatiya ilə oyundan sonra deyib. "Leypsiq"in futbolçusu 0:3 hesablı məğlubiyyəti şərh edərkən milimizlə qarşıdakı görüşdən də danışıb. O, yalnız qələbə haqda düşündüklərini bildirib: "İndi ən önəmlisi düzgün hazırlaşmaqdır. Azərbaycanla oyun çox vacibdir. Bu rəqibi mütləq yenməliyik". Qeyd edək ki, oktyabrın 13-də keçiriləcək Macarıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər