Lukaku "İnter"ə döndü - RƏSMİ

Lukaku "İnter"ə döndü - RƏSMİ

"Çelsi"nin forvardı Romelu Lukaku karyerasını "İnter"də davam etdirəcək.

Fanat.Az London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu sabiq klubuna 1 illik icarəyə verilib.

Milanlılar icarə haqqı olaraq "Çelsi"yə 8 milyon avro ödəyəcək. A Seriyası təmsilçisinin icarə müqaviləsinin müddəti bitəndən sonra belçikalı futbolçunu transfer etmək hüququ yoxdur.

Qeyd edək ki, Lukaku "Çelsi"yə ötən ilin yayında, 115 milyon avro qarşılığında məhz "İnter"dən transfer edilib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər