Luis Dias toydan əvvəl dişlərinə brilyant düzdürdü - FOTO

Luis Dias toydan əvvəl dişlərinə brilyant düzdürdü - FOTO

"Liverpul"un və Kolumbiya yığmasının hücumçusu Luis Dias toyu ərəfəsində dişlərini brilyantlarla bəzəyib.

Fanat.Az xəbər verir ki, informasiyanı "La Nacion" yayıb.

28 yaşlı futbolçu Kolumbiyanın Barranquilla şəhərində baş tutan mərasimdə dişlərindəki brilyant taxmalarla görünüb.

Luis Dias toydan əvvəl dişlərinə brilyant düzdürdü - FOTO Diasın 19 yaşından birlikdə olduğu Ceraldin Pons ilə artıq iki övladı var və futbolçu ona 2023-cü ilin iyununda evlilik təklifi edib.

Toy mərasimdə iştirak edən qonaqlar arasında Diasın Kolumbiya millisindəki komanda yoldaşları Xuan Kuadrado, Daniel Munyos və Yerri Mina, həmçinin "Liverpul"dan keçmiş komanda yoldaşı Fabinyo və həyat yoldaşı da olub.

Dias ötən mövsüm "Liverpul"un heyətində bütün turnirlərdə 50 oyun keçirib, 17 qol vurub və 8 məhsuldar ötürmə edib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər