ÇL:"Qarabağ"dan darmadağın, "Fənərbağça"dan çətin qələbə

ÇL:"Qarabağ"dan darmadağın, "Fənərbağça"dan çətin qələbə

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları start götürüb.

Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” Bakıda Cəbəllütariqin “Linkoln” komandasını qəbul edib.

Səfərdə keçirdiyi ilk görüşdən 2:0 qalib ayrılan Qurban Qurbanovun komandası cavab oyununda daha inamlı qələbə qazanaraq mərhələni adlayan tərəf olub.

Türkiyən nəhəngi “Fənərbağça” isə İstanbulda “Luqano” ilə üz-üzə gəlib. Joze Mourinyunun rəhbərlik etdiyi İstanbul nəhəngi ilk görüşdə olduğu kimi, minimal hesabla qalib gələrək mərhələ adlayıb. 

UEFA Çempionlar Liqası II təsnifat mərhələsi, cavab oyunları 30 iyul

Qarabağ – Linkoln (Cəbəllütariq) 5:0 İlk oyun - 2:0

Petrokub (Moldova) – APOEL (Kipr) 1:1 İlk oyun - 0:1

Sparta (Praqa, Çexiya) – Şemrok (İrlandiya) 4:2 İlk oyun - 2:0

Fənərbağça (Türkiyə) – Luqano (İsveçrə) 2:1 İlk oyun - 4:3

TNS (Uels) – Ferentsvaroş (Macarıstan) 1:2 İlk oyun - 0:5

Slovan (Slovakiya) – Çelye (Sloveniya) 6 0 İlk oyun - 1:1

Klaksvik (Farer adaları) – Malmö (İsveç) 3:2 İlk oyun - 1:4

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər