"Liverpul"un yeni baş məşqçisi bu tarixdə açıqlanacaq - Rekord məbləğdə təzminat

"Liverpul"un yeni baş məşqçisi bu tarixdə açıqlanacaq - Rekord məbləğdə təzminat

"Liverpul"un yeni baş məqçisinin adının ictimaiyyətə nə vaxt açıqlanacağı bəlli olub.

Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, İngiltərə klubu "Feyenoord"un baş məşqçisi Arne Slotun keçidi ilə bağlı bütün detalları razılaşdırıb. Mənbə tərəflərin sənədləri də imzaladıqlarını, "Liverpul"un qarşı tərəfə 13-15 milyon avro ödəyəcəyini vurğulayıb. Slotun mersisaydlıların yeni çalışdırıcısı qismində ictimaiyyətə bu həftə təqdim ediləcəyi bildirilib.

Bu ödəniş reallaşsa, Slot futbol tarixinin ən bahalı niderlandlı məşqçisi olacaq.

Qeyd edək ki, Klopp cari mövsümün sonunda "Liverpul"u tərk edəcəyini yanvarda açıqlayıb.  

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər