"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandasının bu mövsüm İngiltərədə çempionluq uğrunda mübarizə apardığı "Liverpul" və "Arsenal" haqda fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Manchester Evening News" katalon mütəxəssisin dediklərini belə çatdırıb:
"Liverpul" "Liverpul"dur, o, həmişə bizim rəqibimiz olaraq qalacaq. Ötən mövsüm bizim əsas rəqibimiz “Arsenal” idi. Baxın necə oynayırlar. "Liverpul"a bir matçda qalib gəlmək üçün 90 dəqiqədən çox vaxt lazımdır, "Arsenal"a isə bəzən qalib gəlmək üçün cəmi 25 dəqiqə lazımdır. Buna görə də onlar bu qədər yüksəkdirlər”.
Xatırladaq ki, İngiltərə çempionatının 27-ci turunun matçında "Liverpul" "Nottingem Forest"ə görüşün 90+9-cu dəqiqəsində qələbə qolunu vuraraq qalib gəlib. Öz növbəsində, "Şeffild Yunayted"i qəbul edən "Arsenal" isə oyunun 25-ci dəqiqəsində artıq 4 qol vuraraq yekunda 6:0 hesabı ilə qalib gəlib.
Mirağa