"Liverpul" yunan müdafiəçini havayı istəyir

"Liverpul" yunan müdafiəçini havayı istəyir
"Liverpul" çoxsaylı zədələr üzündən müdafiənin mərkəzini gücləndirməyi planlaşdırır.
Fanat.Az "Daily Express"ə istinadən xəbər verir ki, mersisaydlıların heyətə qatmaq istədiyi oyunçulardan biri də "Arsenal"ın müdafiəçisi Sokratis Papastatopulosdur.
"Topçular"ın baş məşqçisi Yürgen Klopp 32 yaşlı yunana zədəli müdafiəçilərin - Vircil van Deykin və Co Qomesin əvəzləyicisi gözüylə baxır.
Bu mövsüm "Arsenal"ın heyətinə düşməyən  Papastatopulosun "qırmızılar"a havayı başa gələcəyi bildirilir. 
Fanat.Az
 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər