Məhəmməd Salah yayda klubunu dəyişsə, "Liverpul"un rəhbərləri misirli ulduzu əvəz edə biləcək oyunçunu artıq tapıb. Fanat.Az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.
Mənbənin məlumatın görə, Mersisayd klubu 23 yaşlı portuqaliyalı "Vulverhempton"un yarımmüdafiəçisi Pedru Netu ilə maraqlanır.
Portuqaliya klubu lideri üçün ən azı 70 milyon avro qazanmağı planlaşdırır.
Qeyd edək ki, London "Arsenal"ı da Netunu transfer etmək istəyir.
Netu 2019-cu ilin yayından "Vulverhempton"da çıxış edir. Bu mövsüm o, "qurdlar"ın heyətində İngiltərə çempionatında 15 oyun keçirib və bu matçlarda iki qol vurub, 8 məhsuldar ötürmə edib.