"Borussiya"nın (Dortmund) futbolçusu Ceydon Sanço yenidən İngiltərəyə qayıda bilər.
Fanat.Az "Bild" nəşrinə istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiçinin "Liverpul"a keçidi gündəmdədir.
Premyer Liqa təmsilçisi gənc futbolçunu Məhəmməd Salaha əvəzedici olaraq gətirmək istəyir.
Mart ayının əvvəlində xarici mətbuatda "Liverpul"un baş məşqçisi Yurqen Klopp ilə mirisli hücumçunun münasibətlərinin pozulduğu yazımışdı. Bunu nəzərə alaraq "Liverpul" Salahın komandadan gedəcəyi halda, yaranan boşluğu Sanço ilə doldurmaq planındadır.
Röya