"Liverpul" indi də "Real Madrid"in ulduzuna göz dikib

"Liverpul" indi də "Real Madrid"in ulduzuna göz dikib

Dünən transfer fasiləsinin səs-küylü keçidlərindən birini gerçəkləşdirən "Liverpul" uruqvaylı Darvin Nunyesin ardından daha bir ulduz futbolçunu rənglərinə bağlamağa yaxındır. 

Fanat.Az xəbər verir ki, "Benfika"nın 22 yaşlı hücumçusuna bonuslarla birgə 100 milyon avro ödəyəcək mersisaydlılar Marko Asensio üçün "Real Madrid" ilə danışıqlara başlayıb. 

Bu iddia ilə "Mundodeportivo" çıxış edib. Mənbənin məlumatına görə, danışıqlar hələ başlanğıc mərhələsindədir. Madrid klubu Asensio üçün 35 milyon avro istəyir. Lakin danışıqlardan sonra məbləğin azaldılacağı gözlənilir. Axı ispaniyalı 2023-cü ilin yayında "kral klubu"ndan pulsuz ayrıla bilər.

"Liverpul"un daha iki hədəfi var. "Sportbible" iddia edib ki, Asensio variantı alınmayacağı halda, ingilislər "Barselona" ilə müqaviləsinin müddətini hələ uzatmayan Qavi və Dortmund "Borussiya"sından Cud Uilyamla maraqlanır.

Qeyd edək ki, Marko Asensio 2015-ci ildən "Real Madrid"də çıxış edir. "Malyorka"nın yetirməsi olan Asensio 7 il əvvəl paytaxt təmsilçisinə 3,9 milyon avroya keçib. O, son mövsümdə 42 matçda iştirak edib, 12 qol vurub və 3 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər