"Liverpul" yarımmüdafiəçisi Kertis Consu "Aston Villa"ya satmaqdan imtina edib.
Fanat.Az "Mirror"a istinadən xəbər verir ki, mersisaydlılar 25 milyon avroluq təklifi geri çevirib.
"Liverpul"un baş məşqçisi Yürgen Klopp ümumiyyətlə futbolçunun satılmasını istəməyib.
Cons mersisaydlıların yetirməsidir. 21 yaşlı yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 27 oyun keçirib, 1 qol vurub, 4 məhsuldar ötürmə edib.
Mirağa