Lippert antirekordun memarıdı

Lippert antirekordun memarıdı

 

Dünən İsrailə 2:7 hesabıyla uduzan  21 yaşadək futbolçulardan ibarət millimizin rüsvayçı yenilgisi antirekord qismində tarixə düşüb.Avro-2015-in seçmə mərhələsi çərçivəsində yəhudilərdən 7 qol “yeyən” Bernard Lippertin komandası futbolsevərləri ən acı məğlubiyyətlə üzüb.

1994-cü ildə seçmə mərhələlərdə debüt edən U-21 19 il ərzində heç vaxt 1 oyunda 7 qol buraxmamışdı. Bu antirekorda qədər ən pis halda, yığma oyuna 6 dəfə mərkəzdən başlamışdı.

 

Seçmə mərhələlər tarixində 2 dəfə 6 qola üzülmüşük ki, həmin matçlardan birində İtaliya (2003-cü il oktyabrın 10-da), digərində İngiltərə (2011-ci il sentyabrın 1-də)  Azərbaycan üzərində 6:0 hesablı zəfərə sevinib. İsraillilər yığmaya “quru” hesabla qalib gəlməzə də, bazar günü futbol nəhənglərindən 1 top çox vurmaqla, antirekordun müəyyənləşməsinə şərait yaradıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər