Liderdən asan qələbə

Liderdən asan qələbə

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III dövrənin növbəti oyunları keçirilib.

Fanat.az xəbər verir ki, “Murov” Voleybol Klubunun idman zalında baş tutan çempionatın XIII turuna “Neftçi” “Sərhədçi” matçı ilə start verilib.

Pərviz Səmədovun komandası hər üç hissədə qalib gəlib - 3:0 (25:7, 25:18, 25:15).

Günün ikinci qarşılaşması “Ekspress” və MOİK komandaları arasında olub. Bu görüşdə də qalib üç hissədə müəyyən olunub. MOİK voleybolçuları 3 xalı rəqibini 3:0 (25:14, 25:8, 25:21) hesabı ilə məğlub etməklə əldə ediblər.

Beləliklə, 18 turdan sonra “Neftçi” 28 xalla  turnir cədvəlinə liderlik edir. Bu turda istirahət edən “Murov”un 26, MOİK-in 18, “Ekspress”in 6 xalı var. “Sərhədçi"nın isə xalı yoxdur.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər