Lider seriyanı davam etdirdi, "Azərreyl" autsayderlə bacarmadı

Lider seriyanı davam etdirdi, "Azərreyl" autsayderlə bacarmadı

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında II dövrəyə yekun vurulub.

Fanat.Az xəbər verir ki, VI tur çərçivəsində iki matç baş tutub. Azərbaycan Voleybol Federasiyasının idman zalında ilk olaraq “Abşeron” “Murov”la üz-üzə gəlib. Xal itkisi ilə üzləşməyən nominal meydan sahibləri bu dəfə də matçı öz xeyrinə bitirib - 3:1.

Ardınca isə meydan "Azərreyl" və UNEC-in ixtiyarına verilib. İkinci sırada qərarlaşan "dəmiryolçular" autsayderlə görüşdə gözlənilməz məğlubiyyətlə üzləşib. Gərgin keçən mübarizəni UNEC 3:2 hesablı qələbə ilə başa vurub.

Super Liqa VI tur 11 fevral 16:00. “Abşeron” –“Murov” - 3:1 (25:21, 16:25, 25:20, 25:21) Azərbaycan Voleybol Federasiyasının idman zalı

18:00. “Azərreyl” – UNEC - 2:3 (27:29, 25:14, 23:25, 25:16, 12:15) Azərbaycan Voleybol Federasiyasının idman zalı

Turnir cədvəli: "Abşeron" - 18 xal, "Azərreyl" - 8, "Murov" - 6, UNEC - 4.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər