"Lex" sabah gəlir - "Qarabağ"ın rəqibinin Bakı proqramı

"Lex" sabah gəlir - "Qarabağ"ın rəqibinin Bakı proqramı

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Polşa "Lex"inin cavab oyunu üçün Bakıya səfər proqramı müəyyənləşib.

Fanat.Az Poznan təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "Lex" iyulun 11-də səhər saatlarında çarter reysi ilə Azərbaycana yollanacaq.

Uçuşun təxminən 4,5 saat çəkəcəyi gözlənilir. Saat 18:40-da Tofiq Bəhramov adına Respublika stadionunda "Lex"in baş məşqçisi Con van den Bromun mətbuat konfransı, saat 19:00-da isə komandanın açıq məşqi olacaq.

Qeyd edək ki, iyulun 12-də keçiriləcək "Qarabağ" - "Lex" oyunu saat 20:00-da başlayacaq. Poznandakı ilk görüşdə Ağdam təmsilçisi minimal hesabla uduzub - 0:1.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər