Lənkəranda qol yağdı, "Simurq"la "Neftçi" 3 xala sevindi

Lənkəranda qol yağdı, "Simurq"la "Neftçi" 3 xala sevindi
Milli komandanın oyununa görə Premyer Liqada yarınmış fasilə başa çatıb. Fanat.az хəbər verir ki, bu gün XXVII tura start verilib. III dövrənin son turunun ilk oyun günündə 3 matç baş tutub.
Tura "Simurq" - AZAL matçı ilə start verilib. Avropa Liqasına vəsiqə uğrunda yarışan komandaların oyununda bir qol vurulub. 37-ci dəqiqədə Draqan Çeran penaltini dəqiq yerinə yetirərək "Simurq"a qələbə qazandırıb. 44-cü dəqiqədə AZAL da penalti vurmaq imkanı əldə edib. Amma Freddi Mombonqonun zərbəsi dəqiq olmayıb.
Dünən rəhbər dəyişikliyinə gedən "Neftçi" autsayder "Bakı"nı qəbul edib. Hesabı 42-ci dəqiqədə Nikolas Kanales açıb. 65-ci dəqiqədə isə Julius Vobay fərqlənib. Bununla da "Neftçi" 2:0 hesablı qələbə qazanıb.
Günün digər oyununda "Xəzər Lənkəran" doğma meydanda "Sumqayıt"ı sınağa çəkib. Bol qollu keçən oyunda hesabı 10-cu dəqiqədə qonaqlardan Slavik Alxasov açıb. 30-cu dəqiqədə Rasim Ramaldanov bərabərliyi təmin edib. 63-cu dəqiqədə "Xəzər Lənkəran" Ruslan Poladovun avtoqoluna sevinsə də, 6 dəqiqə sonra Aleksandr Çertoqanov yenidən oyunda status-kvo yaradıb. Buna baхmayaraq "Xəzər Lənkəran" qələbə qolunu vura bilib. 87-ci dəqiqədə rəqib qapısına yol tapan Mauel Skarlatake qələbənin müəllifi olub - 3:2.
Qeyd edək ki, tura sabah keçiriləcək "Qarabağ" - "İnter" oyunu ilə yekun vurulacaq. "Qəbələ" isə bu turda istirahət edib.
Premyer Liqa
2014/15 mövsümü
III dövrə, XXVII tur
1 aprel
Simurq - AZAL 1:0Qol: Draqan Çeran, 37-pen.
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 4. Xuan Alberto, 6. Samir Zərgərov, 10. Rəşad Eyyubov (13. Əli Gökdemir, 90+2), 11. Draqan Çeran (22. Cihan Özkara, 83), 14. Vüqar Mustafayev, 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç (7. Elnur Abdullayev, 73).
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Adam Banaş, 8. Patrik Osiako, 15. Stepan Polyak.
Baş məşqçi: Georgi Çixradze.
AZAL: 16. Stanislav Namaşko, 3. Xuan Fransisko (10. Nicat Qurbanov, 63), 5. Kərim Diniyev, 7. Təmkin Xəlilzadə, 15. Oskar Klava, 17. Viktor İbekoyi (4. Laşa Kasradze, 80), 18. Orxan Lalayev, 20. Freddi Mombonqo (9. Aydın Qasımov, 83), 21. Novruz Məmmədov (k), 23. Aleksandr Şemonayev, 25. Valeri Kutsenko.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Şəhriyar Rəhimov, 22. Eltun Yaqublu, 55. Fərid Hacıyev.
Baş məşqçi: Tərlan Əhmədov.
Qolla nəticələnməyən penalti: Freddi Mombonqo, 44.
Sarı vərəqələr: Tural Axundov, 41 (qeyri-idman hərəkəti). Samir Zərgərov, 43(qeyri-idman hərəkəti). Draqan Çeran, 47 (qeyri-idman hərəkəti) - Orxan Lalayev, 16 (perspektivli hücumun qarşısını kəsdiyinə görə). Aleksandr Şemonayev, 37 (qeyri-idman hərəkəti). Freddi Mombonqo, 41 (qeyri-idman hərəkəti).
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Vüqar Bayramov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Zaqatala şəhər stadionu. 1500 tamaşaçı.
Xəzər Lənkəran - Sumqayıt 3:2
Qollar: Rasim Ramaldanov, 30. Ruslan Poladov, 63 (avtoqol). Mauel Skarlatake, 87 - Slavik Alxasov, 10. Aleksandr Çertoqanov, 69.
Xəzər Lənkəran: 19. Vyekoslav Tomiç, 3. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 10. Ağabala Ramazanov (4. Ruslan Cəfərov, 90+3), 14. Rahid Əmirquliyev (k), 17. Kazım Kazımlı, 18. Tural Cəlilov, 27. Mauel Skarlatake, 63. Alfred Sanko (96. Anar Babazadə, 85), 72. Elvin Mirzəyev, 99. Mahsun Qəmbərli (8. Elşən  Rzazadə, 46).
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 20. Elsevər Bəkirzadə, 23. Cavid Bağırzadə, 32. Zaman Mirzəzadə.
Baş məşqçi: Elbrus Məmmədov.
Sumqayıt: 1. Andrey Popoviç, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 7. Ruslan Poladov (k), 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov (9. Orxan Əliyev, 59), 45. Murad Ağayev, 76. Uğur Pamuk (10. Tərzin Cahangirov, 59), 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 5. Cəmil Hacıyev, 6. Mikayıl Rəhimov, 17. Pərdis Fərcad-Azad, 25. Fərid Kərimzadə.
Baş məşqçi: Aqil Məmmədov.
Sarı vərəqələr: Rahid Əmirquliyev, 45 (qeyri-idman hərəkəti). Elşən Rzazadə, 74 (qeyri-idman hərəkəti). Alfred Sanko, 82 (qeyri-idman hərəkəti). Sadio Tounkara, 85 (qeyri-idman hərəkəti) - Murad Ağayev, 26 (oyunun bərpasını gecikdirdiyinə görə). Nodar Məmmədov, 39 (qeyri-idman hərəkəti). Bəxtiyar Həsənalızadə, 86 (pespektivli hücumun qarşısını kəsdiyinə görə).
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Akif Əmirəli, Etibar Həsənov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Asim Xudiyev.
“Xəzər Lənkəran” mərkəzi stadionu. 1000 tamaşaçı.
Neftçi - Bakı 2:0
Qollar: Nikolas Kanales, 42. Julius Vobay, 65.
Neftçi: 30. Saşa Stamenkoviç, 4. Rahil Məmmədov, 5. Elvin Yunuszadə (k), 7. Araz Abdullayev (8. Elşən Abdullayev, 58), 10. Julius Vobay (22. Rauf Əliyev, 75), 11. Nikolas Kanales, 16. Əziz Quliyev, 17. Rəhman Hacıyev (19. Mirhüseyn Seyidov, 52), 18. Kaue da Silva, 21. Samir Məsimov, 28. Emin Mehdiyev.
Ehtiyat oyunçular: 1. Aqil Məmmədov, 3. Denis Silva, 33. Orxan Bəşirov, 95. Elvin Bədəlov.
Baş məşqçi: Arif Əsədov.
Bakı: 12. Elxan Əhmədov, 2. Nicat Əsgərov, 5. Georgios Pelagias, 6. Vüqar Bəybalayev, 7. Nuran Qurbanov (4. Ülvi Süleymanov, 80), 11. Tural Qürbətov, 19. Eltun Hüseynov, 56. Qeyrət Əliyev, 77. Ramazan Abbasov, 99. Kamil Nurəhmədov, 85. Jaba (k) (9. Raul Yaqubzadə, 85).
Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 15. Azad Kərimov, 16. Rüstəm Rüstəmli, 21. Elşad Manafov, 55. Aydın Mustafazadə.
Baş məşqçi: İbrahim Uzunca.
Sarı vərəqələr: Əziz Quliyev, 6 (qeyri-idman hərəkəti). Nikolas Kanales, 36 (qeyri-idman hərəkəti) - Qeyrət Əliyev, 11 (qeyri-idman hərəkəti). Kamil Nurəhmədov, 71 (qeyri-idman hərəkəti).
Hakimlər: Xəlil Xəlilov, Mehman Mahmudov, Yaşar Abbasov, Coşqun Həsənov.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Səfər Haşımov.
"Bakcell Arena". 300 tamaşaçı.

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

23

16

4

3

39-20

52

2

İnter

23

11

10

2

38-12

43

3

Neftçi

24

12

6

6

29-18

42

4

Simurq

24

10

5

9

35-26

35

5

Qəbələ

24

9

7

8

30-31

34

6

AZAL

24

8

7

9

27-31

31

7

Xəzər Lənkəran

24

7

5

12

30-36

26

8

Sumqayıt

24

4

7

13

23-36

19

9

Bakı

24

2

5

17

15-55

11

 

Bombardirlər

Draqan Çeran (Simurq) -12. Nurlan Novruzov (Bakı) - 11. FreddiMombonqo (AZAL) - 9. Mikel Alvaro (İnter), Junior Nildo (İnter), Məhəmməd Qurbanov (Sumqayıt), Reynaldo Silva (Qarabağ) - 8. Rəşad Eyyubov (Simurq) - 7. 

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər