Əvəzedici heyətlərin ölkə birinciliyində XVIII turun oyunları keçrilib. Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
"Qarabağ" Gəncədə "Kəpəz"in qonağı olub. Oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Qəbələ" isə rəqib meydanında "Zirə"yə qalib gəlib - 2:1.
Qalan iki matç bu gün baş tutub. "Neftçi" evdə "Sumqayıt"a divan tutub - 6:0. Əsas komandanın iki legioneri - yeni transfer Hüqo Barqas və braziliyalı Jayro Rodriges bu oyunda qol vurub.
AZAL isə doğma meydanda "İnter"ə minimal hesabla uduzub.
Əvəzedici heyətlər
2016/17 mövsümü
III dövrə, XVII tur
11 fevral
Zirə - Qəbələ 1:2
Qollar: Vüsal İsgəndərli, 67-pep - Ülvi İsgəndərov, 12. Rövlan Muradov, 14.
Kəpəz - Qarabağ 3:2
Qollar: Şəfi Bağırov, 7. Eltac Muradov, 20. Fərid Məmmədov, 74 - Vüqar Nadirov, 29. Elgün Nəbiyev, 71.
12 fevral
AZAL - İnter 0:1
Qol: Vüqar Həsənov, 90+4.
Neftçi - Sumqayıt 6:0
Qollar: Hüqo Barqas, 19. Aqşin Qurbanlı, 23-pen. Kənan Mirzəliyev, 30; 88. Ərziman Rizvanov, 67. Jayro Rodriges, 81.
| № | Klub | O | Q | H/H | M | T/F | X | |
| 1 | Qəbələ | 18 | 13 | 2 | 3 | 42:18 | 41 | |
| 2 | Neftçi | 18 | 11 | 1 | 6 | 32:20 | 34 | |
| 3 | Qarabağ | 18 | 10 | 4 | 4 | 34:21 | 34 | |
| 4 | İnter | 18 | 7 | 5 | 6 | 13:12 | 26 | |
| 5 | Zirə | 18 | 6 | 5 | 7 | 22:21 | 23 | |
| 6 | Kəpəz | 18 | 6 | 5 | 7 | 22:26 | 23 | |
| 7 | Sumqayıt | 18 | 4 | 1 | 13 | 25:47 | 13 | |
| 8 | AZAL | 18 | 3 | 1 | 14 | 23:48 | 10 | |
| Bombardirlər | Renat Aşurov (AZAL), Ramil Hasanov (Qəbələ) - 9. Şahin Əliyev (Qarabağ) - 7. | |||||||
Fanat.Az