“Sabah” zirvədəki yerini qorudu

“Sabah” zirvədəki yerini qorudu

Gənclər Liqasında 10-cu turdan təxirə salınmış oyun keçirilib. 

Fanat.Az xəbər verir ki, “Sabah”ın U-19 komandası evdə “Zirə” ilə qarşılaşıb. 

“ASK Arena”da keçirilən oyun "Sabah"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda qollara Niyazi Osmanov, Anar Hüseynov və Stefen Ende imza atıblar.

Keçirdiyi 11 oyunun hamısından qələbə ilə ayrılan “Sabah” 33 xalla turnir cədvəlində liderdir. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər