“Qarabağ”dan darmadağın, "Neftçi"dən əzmkar qələbə

“Qarabağ”dan darmadağın, "Neftçi"dən əzmkar qələbə

Əvəzedicilər Liqasında 11-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün son 2 oyun baş tutub.

“Qarabağ-2” doğma meydanda “Şamaxı-2” ilə qarşılaşıb və 6 cavabsız qola sevinib. “Sabah-2” – “Neftçi-2” oyununda isə qonaqlar seviniblər.

Əvəzedicilər Liqası 11-ci tur 28 oktyabr

“Qarabağ-2” – “Şamaxı-2” 6:0 Qollar: Nihat Mehralıyev, 18. Mahmud Ağayev, 23. Zaman Zamanlı, 25. Rüstəm Əlizadə, 30. Elmir Hüseynli, 62. Elton Mikayılov, 81-pen.

“Sabah-2” – “Neftçi-2” 2:3 Qollar: Stefen Ende, 50. Amir Qəribov, 71 – Murad Məmmədov, 32, 90+3. Fariz Xeyrullayev, 82. 

Turun digər oyunları: “Turan Tovuz-2” – “Kəpəz-2” 0:1 “Səbail-2” – “Sumqayıt-2” 2:1 “Araz-Naxçıvan-2” – “Zirə-2” 2:2

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər