“Ordu” “Lənkəran”a qalib gəldi, “Sərhədçi” “Neftçi”yə uduzdu

“Ordu” “Lənkəran”a qalib gəldi, “Sərhədçi” “Neftçi”yə uduzdu

Azərbaycan Basketbol Liqasında IX tur davam edir.

Fanat.Az xəbər verir ki, turun ikinci günündə 2 oyun keçirilib.

Oyunlar Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar 1 dəqiqəlik sükutla başlayıb.

Günə B qrupunun matçı ilə start verilib. “Ordu” “Lənkəran”ı sınağa çəkib və asan qələbə qazanıb. Qonarlaq yalnız ilk dövrədə rəqibə ciddi müqavimət göstərə biliblər.

Turun digər oyunu A qrupunda keçirilib. Mövsümə uğursuz start verən “Neftçi” növbəti uğura imza atıb. "Ağ-qaralar" “Sərhədçi”ni məğlub ediblər.

Qeyd edək ki, IX turun son üç oyunu 2025-ci ildə baş tutacaq. Qarşılaşmalar matəm günü ilə bağlı təxirə salınıb.

Azərbaycan Basketbol Liqası IX tur 25 dekabr

A qrupu

“Neftçi” – “Sərhədçi” 77:65 (19:12, 20:19, 15:17, 21:17) Sərhədçi İdman Mərkəzi

B qrupu

“Ordu” – “Lənkəran” 99:51 (20:20, 27:10, 34:5, 18:6) Sərhədçi İdman Mərkəzi  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər