“Neftçi” Türkiyə Super Liqa komandaları ilə qarşılaşacaq

“Neftçi” Türkiyə Super Liqa komandaları ilə qarşılaşacaq

İyulun 8-dən Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışında olan ”Neftçi”nin yoxlama oyunlarındakı iki rəqibi məlum olub.

Fanat.Az xəbər verir ki, “ağ-qaralar” iyulun 13-də keçirəcəyi ilk sınaq matçında Türkiyə Super Liqa təmsilçisi “Alanyaspor”la üz-üzə gələcək. 

Növbəti sınaq matçında isə rəqib Super Liqanın digər komandası “Sivasspor” olacaq. Görüş iyulun 17-də baş tutacaq. 

Qeyd edək ki, Roman Qriqorçukun baş məşqçisi olduğu komandanın təlim-məşq toplanışı çərçivəsində ümumilikdə 4 yoxlama oyunu keçirilməsi nəzərdə tutulub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər