“Neftçi” afrikalı futbolçu ilə müqavilə imzalayıb

“Neftçi” afrikalı futbolçu ilə müqavilə imzalayıb

“Neftçi” klubu Fransa təmsilçisi “Monpelye”də çıxış edən Falaye Sakonu azad agent kimi heyətinə qatıb.

Fanat.Az xəbər verir ki, “ağ-qaralar” 30 yaşlı sağ cinah müdafiəçisinin keçidini sosial şəbəkə hesabında açıqlayıb.

Sako “Monpelye” ilə müqaviləsini qarşlıqlı razılıq əsasında ləğv edib.

Mali millisinin üzvünün Bakı təmsilçisindəki sözləşməsinin detalları hələlik açıqlanmasa da, onunla "2+1" illik anlaşma əldə edilib.

Qeyd edək ki, Falaye Sako 2023-cü ildən “Monpelye”nin formasını geyinib. Komanda ötən mövsüm Liqa 1-də 16 xalla sonuncu olub və aşağı liqaya düşüb

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər