La Liqadan "Qalatasaray"a gəlir- RƏSMİ

La Liqadan "Qalatasaray"a gəlir- RƏSMİ
"Qalatasaray" "Sevilya"nın futbolçusu Marianonun transferi ilə bağlı rəsmi məlumat yayıb.Fanat.Az xəbər verir ki, İstanbul klubu braziliyalı futbolçu və klubu ilə rəsmi danışıqların başladığını elan edib. Türk klublarının bu tip açıqlamaları transfer bitəndə yaydığını nəzərə alsaq, Marianonun yaxın günlərdə "Qalatasaray"la müqavilə bağlayacağını deyə bilərik.Məlumata görə, "Qalatasaray" bu transferə görə İspaniya klubuna 4,4 milyon avro ödəyəcək. 3 illik müqavilə imzalayacaq Mariano ildə 2,2 milyon avro maaş alacaq. Qeyd edək ki, Mariano 2015-ci ildə "Bordo"dan "Sevilya"ya 3,5 milyon avroya transfer olunub. "Transfermarkt" hazırda ona 8 milyon avro qiymət qoyub. O, ötən mövsüm "Sevilya"nın heyətində 43 rəsmi oyuna çıxıb. Vətənində "Quarani", "İpatinqa", "Tombense", "Kruzeyro", "Atletiko" və "Fluminense" klublarında oynayan futbolçu ilk dəfə 2010-cu ildə Braziliya millisinə çağırılıb və Paraqvayla matçda debüt edib.Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər