ÇL: "Qarabağ"ın potensial rəqiblərinin ilk duelində "Ludoqorets" sevindi

ÇL: "Qarabağ"ın potensial rəqiblərinin ilk duelində "Ludoqorets" sevindi

UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin oyunları davam edir. 

Fanat.Az xəbər verir ki, bu gün daha üç matç oynanılıb. 

Azərbaycan təmsilçisi "Qarabağ"ın turnirin 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri "Ludoqorets" ilə "Dinamo Minsk" Bolqarıstanda üz-üzə gəliblər. Oyun meydan sahiblərinin inamlı qələbəsi ilə bitib.

PAOK evdə "Borats"ı yenibsə, "Slovan" səfərdə "Çelle" ilə qollu bərabərliyə razılaşıb.

Qeyd edək ki, "Qarabağ" dünən Cəbəllütariqdə "Linkoln"a 2:0 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab oyunu iyulun 30-da Bakıda baş tutacaq. 

UEFA Çempionlar Liqası  2-ci təsnifat mərhələsi, ilk oyunlar  24 iyul 

PAOK (Yunanıstan) - Borats (Bosniya və Hers.) 3:2 Ludoqorets (Bolqarıstan) - Dinamo Minsk (Belarus) 2:0 Çelle (Sloveniya) - Slovan (Slovakiya) 1:1

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər