ÇL: "Qarabağ" "Ludoqorets"ə uduzdu

ÇL: "Qarabağ" "Ludoqorets"ə uduzdu

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunları start götürüb.

Fanat.Az xəbər verir ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ” da bu gün növbəti sınağına çıxıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bolqarıstan təmsilçisi “Ludoqorets"lə qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç saat 20:00-da başlayıb. "Qarabağ" 1:2 hesabı ilə uduzaraq pley-offa yüksəlmək şansını azaldıb.

Qeyd edək ki, yarışa II təsnifat mərhələsindən başlayan Ağdam təmsilçisi Cəbəllütariq təmsilçisi "Linkoln"u (2:0, 5:0) mübarizədən kənarlaşdırıb. 

UEFA Çempionlar Liqası  III təsnifat mərhələsi, ilk oyun 6 avqust 

Qarabağ - Ludoqorets (Bolqarıstan) 1:2

Qollar: Juninyo, 64 - Almeyda, 56. Vidal, 87. Hakimlər: Urs Şnayder, Marko Zürçer, Benyamin Zürçer, Sven Volfensberger VAR hakimləri: Fedayi San, Yohannes von Mandaç Tofiq Bəhramov adına Respublika stadionu. 

"Qarabağ": 97. Fabiyan Buntiç, 29. Marko Veşoviç, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 27. Toral Bayramov, 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 18. Juninyo

Baş məşqçi: Qurban Qurbanov

"Ludoqorets": 39. Hendrik Bonmann, 3. Anton Nedyalkov (k), 24. Olivye Verdon, 4. Dinis Almeyda, 17. Son, 30. Pedro Naressi, 23. Deroy Duarte, 6. Yakub Pyotrovski, 11. Kayo Vidal, 37. Bernard Tekpetey, 9. Kvadvo Duah

Baş məşqçi: Georgi Dermençiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər