ÇL: "Qalatasaray" "Sportinq"lə üz-üzə, "Barselona" və "Napoli"nin ev sınağı

ÇL: "Qalatasaray" "Sportinq"lə üz-üzə, "Barselona" və "Napoli"nin ev sınağı

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turu davam edir.

Fanat.Az xəbər verir ki, açılış turunun ikinci günündə daha 6 oyun keçiriləcək.

Azərbaycan çempionu "Sabah"ın rəqiblərindən olan "Barselona" İspaniyada Niderlandın "Feyenoord", "Napoli" isə İngiltərənin "Arsenal" komandasını qəbul edəcək. 

Gecənin daha bir mərkəzi oyununda "Liverpul" "Atletiko Madrid" ilə üz-üzə gələcək.

Türkiyə çempionu "Qalatasaray" isə "Sportinq"in qonağı olacaq. 

Qeyd edək ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirinin Liqa mərhələsində təmsil edəcək "Sabah" ilk sınağına sabah - 10 sentyabrda çıxacaq. "Bayquşlar" İngiltərədə "Mançester Yunayted"lə qarşılaşacaq. 

UEFA Çempionlar Liqası Liqa mərhələsi, 1-ci tur 9 sentyabr

20:45. Barselona (İspaniya) – Feyenoord (Niderland)

20:45. Ştutqart (Almaniya) – Vikinq (Norveç)

23:00. Liverpul (İngiltərə) – Atletiko Madrid (İspaniya)

23:00. Napoli (İtaliya) – Arsenal (İngiltərə)

23:00. PSJ (Fransa) – Slovan (Slovakiya)

23:00. Sportinq (Portuqaliya) – Qalatasaray (Türkiyə)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər