ÇL: "Neftçi"nin oyununun hakimləri açıqlandı

ÇL: "Neftçi"nin oyununun hakimləri açıqlandı

Qadın futbolçulardan ibarət “Neftçi” komandasının UEFA Çempionlar Liqasının birinci mərhələsində Avstriyanın “Sankt-Pölten” klubu ilə keçirəcəyi oyunun hakimləri bəlli olub.

Fanat.Az xəbər verir ki, sentyabrın 4-də Tsxaltuboda (Gürcüstan) baş tutacaq Xorvatiya və İtaliyadan olan hakimlər briqadasına tapşırılıb.

Matçda baş hakim kimi Yelena Kumer (Xorvatiya) fit çalacaq. Ona bu işdə Sanya Rodyak-Karşiç (Xorvatiya), Françeska Di Monte (İtaliya) kömək göstərəcək. Dördüncü hakim funksiyasını isə Mariya Marotta (İtaliya) yerinə yetirəcək.

Qeyd edək ki, “Sankt-Pölten” – “Neftçi” qarşılaşması saat 18:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər