ÇL: "Fənərbağça" Fransadan məğlub döndü

ÇL: "Fənərbağça" Fransadan məğlub döndü

Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsi start götürüb.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə 7 görüş reallaşıb.

Azərbaycan çempionu “Qarabağ” Bakıda Bolqarıstan “Ludoqorets”inə 1:2 hesabı ilə uduzub.

Türkiyə təmsilçisi “Fənərbağça” isə Fransada “Lill”ə yenilib - 1:2.

Qeyd edək ki, bu mərhələnin cavab oyunları 13 avqustda keçiriləcək.

Çempionlar Liqası 3-cü təsnifat mərhələsi, ilk oyunlar

6 avqust

"Qarabağ" (Azərbayan) - "Ludoqorets" (Bolqarıstan) 1:2 Qollar: Almeyda, 56 (0:1), Juninyo, 64 (1:1), Vidal, 87 (1:2) Qırmızı vərəqə: Kayo Vidal, 89 ("Ludoqorets")

"Malmö" (İsveç) - PAOK (Yunanıstan) - 2:2 Qollar: Yansson, 28 (1:0), Tayson, 42 (1:1), Nanasi, 67 (2:1), Baba, 75 (2:2)

"Midtulland" (Danimarka) - "Ferentsvaroş" (Macarıstan) - 2:0 Qollar: Buksa, 17, Fransulino, 69 

 "Dinamo" (Kiyev, Ukrayna) - “Reyncers” (Şotlandiya) - 1:1 Qollar: Yarmolenko, 38 (1:0), Dessers, 90+4 (1:1)

"Sparta" (Çex Respublikası) - "Styaua" (Rumıniya) - 1:1 Qollar: Dava, 61 (0:1), Olatunji, 78 (1:1)

“Lill” (Fransa) - "Fənərbağça" (Türkiyə) - 2:1 Qollar: Santos, 12 (1:0), Kahveci, 80 (1:1), Zeqrova, 90+1 (2:1)

“Zalsburq” (Avstriya) - “Tvente” (Niderland) - 2:1 Qollar: Kyarqaard, 41 (1:0), 85 (2:0), Vlap, 90+1 (2:1)

 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər