BÇempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib. Fanat.az xəbər verir ki, Monakoda baş tutacaq mərasimdə 32 komanda 8 qrupa bölünüb.
Türkiyənin "Qalatasaray" klubu D qrupunda yer alıb. Ölkəmizdə böyük azarkeş dəstəyinə sahib olan İstanbul klubu "Arsenal", Dortmund "Borussiya"sı və "Anderlext"lə mübarizə aparacaq.
Qrup mərhələsində ən çox komanda ilə İspaniya, İngiltərə və Almaniya təmsil olunacaq - 4. Portuqaliyaın 3, İtaliya, Fransa və Rusiyanın 2, İsveç, Bolqarıstan, Cənubi Kipr, Belarus, Sloveniya, Ukrayna, Hollandiya, Türkiyə, Belçika, Yunanıstan və İsveçrənin isə 1 komandası bu mərhələdə iştirak edəcək.
| A qrupu | B qrupu | ||
| 1 | Atletiko (İspaniya) | 1 | Real (İspaniya) |
| 2 | Yuventus (İtaliya) | 2 | Bazel (İsveçrə) |
| 3 | Olimpiakos (Yunanıstan) | 3 | Liverpul (İngiltərə) |
| 4 | Malmö (İsveç) | 4 | Ludoqorets (Bolqarıstan) |
| C qrupu | D qrupu | ||
| 1 | Benfika (Portuqaliya) | 1 | Arsenal (İngiltərə) |
| 2 | Zenit (Rusiya) | 2 | Borussiya (D, Almaniya) |
| 3 | Bayer (Almaniya) | 3 | Qalatasaray (Türkiyə) |
| 4 | Monako (Fransa) | 4 | Anderlext (Belçika) |
| E qrupu | F qrupu | ||
| 1 | Bavariya (Almaniya) | 1 | Barselona (İspaniya) |
| 2 | Mançester Siti (İngiltərə) | 2 | PSJ (Fransa) |
| 3 | ÇSKA (Rusiya) | 3 | Ayaks (Hollandiya) |
| 4 | Roma (İtaliya) | 4 | APOEL (Cənubi Kipr) |
| G qrupu | H qrupu | ||
| 1 | Çelsi (İngiltərə) | 1 | Porto (Portuqaliya) |
| 2 | Şalke 04 (Almaniya) | 2 | Şaxtyor (Ukrayna) |
| 3 | Sportinq (Portuqaliya) | 3 | Atletik (İspaniya) |
| 4 | Maribor (Sloveniya) | 4 | BATE (Belarus) |
Fanat.az