ÇL: Üçüncü təsnifat mərhələsi start götürür

ÇL: Üçüncü təsnifat mərhələsi start götürür

UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsi bu gün start götürəcək. 

Fanat.Az xəbər verir ki, ilk oyun günündə 4 matç baş tutacaq.

Mərhələnin ilk oyunu İsveçdə keçiriləcək. "Malmö" "Kopenhagen"i qonaq edəcək. 

Azərbaycan çempionu "Qarabağ" da bu gün meydana çıxacaq. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Şimali Makedoniyada "Şkendiya" ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası 3-cü təsnifat mərhələsi, ilk oyunlar 5 avqust

21:00. "Malmö" (İsveç) - "Kopenhagen" (Danimarka) 22:00. "Dinamo Kiyev" (Ukrayna) - "Pafos" (Kipr) 22:00. "Şkendiya" (Şimali Makedoniya) - "Qarabağ" (Azərbaycan) 22:45. "Reyncers" (Şotlandiya) - "Viktoriya Plzen" (Çexiya)

Qeyd edək ki, 3-cü təsnifat mərhələsinin qalan 6 görüşü sabah baş tutacaq. Mərhələnin cavab görüşləri 12 avqustda keçiriləcək. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər