ÇL: Azərbaycan çempionunun rəqibləri müəyyənləşdi

ÇL: Azərbaycan çempionunun rəqibləri müəyyənləşdi

Bu gün İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA Çempionlar Liqasının 2023/24-cü il mövsümünün püşkü atılıb.

Fanat.Az xəbər verir ki, bu turnirdə ölkəmizi təmsil edəcək və mübarizəyə ilkin mərhələdən başlayacaq son çempion “Araz Naxçıvan”ın rəqibləri müəyyənləşib.

Komandamız A qrupda yer alacaq. Bu mərhələnin oyunları avqustun 22-dən 27-dək Latviyada keçiriləcək. Əsas mərhələyə qrup qalibləri və ən yaxşı göstəriciyə malik ikinci pilləni tutan 1 komanda vəsiqə qazanacaq.

İlkin mərhələ (22-27 avqust)

A qrupu Araz Naxçıvan (Azərbaycan) Riqa (Latviya) Yan Regensburq (Almaniya) İstanbul Şişli (Türkiyə)

B qrupu Örebro (İsveç) Diamant Linz (Avstriya) Amiqo Nortvest (Bolqarıstan) ASA Tələ-Əviv Ouls (İsrail)

C qrupu Eyndhoven (Niderland) Titoqrad (Monteneqro) Georgians (Gürcüstan) Avropa (Cəbəllütarıq)

D qrupu Lubaua (Polşa) Priştina (Kosovo) Utleyra İdrettslaq (Norveç) İsbyorninn (İslandiya)

E qrupu Luçeneç (Slovakiya) Kosmos Tallin (Estoniya) Enkamp (Andorra) Saltires (Şotlandiya)

F qrupu Dukas (Yunanıstan) Blue Magik (İrlandiya) Nistru (Moldova) Blumsburi Futsal (İngiltərə)

G qrupu Futsal Minerva (İsveçrə) Yerevan Futsal (Ermənistan) AEL Limassol (Kipr) Folqore (San Marino)

H qrupu Radnik Bijeljina (Bosniya və Herseqovina) Tirana (Albaniya) Cefn Druids (Uels) Sparta Belfast (Şimali İrlandiya)

Bu gün əsas mərhələnin də püşkü atılıb. “Araz Naxçıvan” oktyabrın 24-dən 29-dək keçiriləcək bu mərhələyə qrup qalibi kimi vəsiqə qazanacağı təqdirdə, 6-cı qrupda yer alacaq. Vitali Borisovun başçılıq etdiyi komanda növbəti mərhələdə “Plzen” (Çexiya), “Futsal Gentofte” (Danimarka) və ilkin mərhələnin H qrupunun (“Radnik Bijeljina”, “Tirana”, “Cefn Druids” və “Sparta Belfast”) qalibi ilə üz-üzə gələcək. Təmsilçimiz ən yaxşı “ikinci” kimi mübarizəni davam etdirsə, o zaman 5-ci qrupda “Futsal Dinamo” (Xorvatiya), eləcə də ilkin mərhələnin B (“Örebro”, “Diamant Linz”, “Amiqo Northvest” və “ASA Təl-Əviv Ouls”) və və C (“Eyndhoven”, “Titoqrad”, “Georgians” və “Avropa”) qruplarının qalibləri ilə qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər