Kurban Berdyev "Sabah"a uduzduqları oyunu belə şərh etdi

Kurban Berdyev "Sabah"a uduzduqları oyunu belə şərh etdi

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 22-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, o, 1:2 hesabı ilə uduzduqları matçla bağlı belə danışıb:

“İkinci hissənin ilk 15 dəqiqəsi toparlana bilmədik. Bu da hər şeyi həll etdi. Nəticədə 2 qol buraxdıq. Bundan sonra nəyisə dəyişmək çox çətin oldu.  Rəqibə ikinci toplarda uduzduq. İkinci qolu buraxdığımız ana gəldikdə, Rəhim Sadıxovun butsısı çıxmışdı, hakimlə uzun mübahisə oldu. Ona fit vermədilər. Uzun mübahisə oldu, rəqib isə dərhal oynadı və qol vurdu. Hakim qərarları barədə danışmaqla heç nə dəyişməyəcəksə, danışmağın mənası yoxdur. Artıq yoruldum deməkdən ki, Jonu əllə ilə tuturlar, oynamağa imkan vermirlər. Lakin hakim fitini səsləndirmədi”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər