Kurban Berdiyev portuqaliyalını "Traktor"a apardı

Kurban Berdiyev portuqaliyalını "Traktor"a apardı

Qazaxıstan “Kayrat”ının portuqaliyalı yarımmüdafiəçisi Rikardu Alveş karyerasını Təbrizin “Traktor” klubunda davam etdirəcək. 

Fanat.Az xəbər verir ki, informasiyanı Qazaxıstan klubunun mətbuat xidməti yayıb.

Orta xətt oyunçusu onu "Kayrat"da işlədiyi dönəmdə yaxından tanıyan mütəxəssisin - iyulun 20-də "Trakor"un baş məşqçisi təyin edilən Kurban Berdıyevin istəyi ilə transfer olunub.

29 yaşlı Alveş ötən mövsüm “Kayrat”ın heyətində bütün turnirlərdə 24 oyuna çıxaraq 2 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər