"Kukesi"nin Bakıya səfər proqramı açıqlandı

"Kukesi"nin Bakıya səfər proqramı açıqlandı
Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçı çərçivəsində "Qarabağ”ın qonağı olacaq Albaniyanın "Kukesi” klubunun Bakıya səfər proqramı açıqlanıb.
Fanat.Az xəbər verir ki, albanlar bu gün Bakı vaxtı ilə saat 23.00-da yola düşəcək "Kukesi” Tirana-İstanbul-Bakı marşrutu ilə Azərbaycana yola düşəcək. 
Komanda üzvləri paytaxtdakı dəbdəbəli otellərdən birində məskunlaşacaq. "Kukesi" avqustun 2-də Bakını tərk edəcək.
Qeyd edək ki, avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:00-da başlayacaq. İlk görüş qolsuz heç-heçə ilə nəticələnib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər