Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ”ın qonağı olacaq "Kukesi” Bakıya 20 futbolçu ilə gələcək.
Fanat.Az xəbər verir ki, Albaniya klubunun heyəti açıqlanmasa da, 20 futbolçu üçün viza alındığı bildirilir.
Qeyd edək ki, "Qarabağ” – "Kukesi” görüşü avqustun 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Komandalar arasında Albaniyadakı ilk matçda qolsuz bərabərlik qeydə alınıb.
Fanat.Az