Krivotsyuku Bakıya "Qurnik" yola salacaq

Krivotsyuku Bakıya "Qurnik" yola salacaq

Azərbaycan millisinin üzvü Anton Krivotsyukun çıxış etdiyi "Visla" bu gün Polşa Ekstraklassasında növbəti oyununa çıxacaq. 

Fanat.Az xəbər verir ki, Plotsk təmsilçisi 10-cu tur çərçivəsində "Qurnik"in qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.  "Visla" keçirdiyi 9 oyunda 10 xal toplayaraq "Qurnik"lə 13-14-cü yerləri bölüşür. Rəqibin 1 oyun az keçirdiyini bildirək.  Qeyd edək ki, Krivotsyuk millimizin oktyabrın 9-da və 12-də İrlandiyayla Serbiyaya qarşı keçirəcəyi oyunlara dəvət alıb.   Mirağa   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər