Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun çıxış etdiyi "Visla" Polşa çempionatında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, "Qurnik"in qonağı olan Plotsk təmsilçisi görüşdən məğlub ayrılıb - 2:4.
İlk yarısı heç-heçə (1:1) nəticələnən oyuna fasilədən dərhal sonra qoşulan Krivotsyukun komandası hesabda önə keçsə də, 67-83-cü dəqiqələr aralığında 3 top buraxaraq, yenilib.
Bu məğlubiyyətdən sonra 14-cü pilləyə geriləyən "Visla" keçirdiyi 10 oyunda 10 xal toplaya bilib.
Qeyd edək ki, Anton Krivotsyuk millimizin qarşıdakı seçmə mərhələ oyunlarına dəvət alıb.
Mirağa