Koutinyonun "Aston Villa"ya keçidinin təfərrüatları

Koutinyonun "Aston Villa"ya keçidinin təfərrüatları

"Aston Villa" və "Barselona" arasında Felipe Koutinyonun icarəsi ilə bağlı danışıqların təfərrüatları açıqlanıb.

Fanat.Az xəbər verir ki, bu barədə futbol insayderi Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, tərəflər müxtəlif variantları müzakirə edirlər. Lakin böyük ehtimalla 29 yaşlı braziliyalı futbolçunun il yarımlıq, yəni Koutinyonun Kataloniya klubu ilə müqaviləsi başa çatana qədər icarəyə götürülməsi nəzərdə tutulub.

Bu variant “Barselona”ya mümkün qədər futbolçunun maaşına qənaət etməyə imkan verəcək.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər