"Barselona"nın yarımmüdafiəçisi Filippe Koutinyo karyerasını yenidən İngiltərədə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Xəbərə görə, 29 yaşlı braziliyalı sabiq klubu "Liverpul"a qayıtmaq niyyətindədir.
Xatırladaq ki, Koutinyo "Barselona"ya 2018-ci ilin yanvarında məhz elə "Liverpul"dan keçmişdi. Kataloniya təmsilçisi futbolçu üçün "mersisaydlılar"a 50 milyon avro ödəmişdi.
Aygün