Kosovanın "Qurtuluş ordusu"

Kosovanın "Qurtuluş ordusu"

FIFA-nın futbolda inqilab effekti verəcək qərar qəbul etməyə hazırlaşması barədə informasiya yayılıb. Fanat.az xəbər verir ki, ali futbol qurumunun tarixi kökləri Kosovaya bağlı olan, amma başqa yığmalarda çıxış edən futbolçulara vətənlərinə dönməyə icazə verəcəyi iddia olunub.

Məlum olduğu kimi FIFA bir ölkənin yığmasında çıxış etmiş futbolçunun başqa ölkədə çıxış etməsinə icazə verilmir. Amma futbol qurumu ilk matçını martın 5-də Haitiyə qarşı keçirən Kosovaya güzəşt etmək niyyətindədi. FIFA bu ölkənin yenicə müstəqil elan olunmasına görə belə bir addım atmaq niyyətindədi.

İsveçrənin "Blick" qəzetinə açıqlama verən FIFA rəsmisi Valter de Qreqorio belə bir qərarın qəbul olunmasını mümkün sayıb: "Bu oyunçuların öz istəklərinə uyğun olaraq Kosova yığmasında oynamaq ehtimalı böyükdü. Belə bir qərar verilə bilər".

FIFA-nın belə bir qərarı ən çox İsveçrə millisinə təsir edəcək. Belə ki, əslən Kosovadan olan Xerdan Şaqiri (Bavariya), Qranit Xaka (Borussia Münhenqladbax) və Valon Behrami (Napoli) məhz bu ölkənin yığmasında top qovur.

Onlarla yanaşı, Albaniya yığmasında Admir Teli və Ansi Aqolli ilə çıxış edən Lorik Kananın da vətəninə dönməsi gözlənilir. Həmçinin "Mançester Yunayted"də çıxış edən Adnan Canuzayın da tarixi vətənini seçməsi mümkündü. Bu futbolçu İngiltərə, Belçika, hətta Türkiyə millisindən də təklif alıb, amma hələ qərarını verməyib. Onun Kosovanı seçməsi gözləniləndi.

Artıq bu qərardan sonra formalaşa biləcək rəmzi Kosova yığması qurulub. Ortaya olduqca güclü bir komanda çıxıb. Həmin heyətlə yuxarıda təqdim etdiyimiz fotoda tanış ola bilərsiniz.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər